23.10.2021

Şamaxı rayon Meysəri kənd tam orta məktəbində tədbir keçirilib

Şamaxı rayon Meysəri kənd tam orta məktəbinin şagirdləri 8 noyabr "Zəfər günü"-nün qeyd edilməsi ilə əlaqəli Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş tədbirlər planının icrası çərçivəsində tədbir keçirilib. Belə ki, onlar "Şəhidini tanı" aksiyası keçirərək, 44 günlük Vətən müharibəsi şəhidlərinin ictimaiyyətə geniş şəkildə tanıdılması məqsədilə Meysəri kəndində bütün evlərə gedərək, kənd sakinlərinə şəhidlərimizin fotoşəkillərini təqdim etmiş, onların həyat yolu və döyüş zamanı qəhrəmanlıqları haqqında ətraflı məlumat vermişlər.

Allah şəhidlərimizə rəhmət eləsin.


Açar sözlər: ,  ,