06.10.2021

Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Məmişova Sima Hacalı qızı "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilmişdir 

5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə rayonumuzun daha bir müəllimi təltif edilmişdir. Təhsil naziri cənab Emin Əmrullayevin əmrinə əsasən Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Məmişova Sima Hacalı qızı "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilmişdir.

Sima müəlliməni bu yüksək səviyyəli təltif münasibətilə Şamaxı RTŞ-nin rəhbərliyi və kollektivi adından təbrik edir, ona gələcək işlərində uğurlar arzulayırıq !!!


Açar sözlər: ,  ,