06.10.2021

Şamaxı şəhər 9 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şükürova Sənubər Fəqani qızı "Tərəqqi" medalı ilə təltif edilib

Bu gün 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə cənab prezident İlham Əliyevin sərəncamına əsasən Şamaxı şəhər 9 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şükürova Sənubər Fəqani qızı "Tərəqqi" medalı ilə təltif edilib. Qeyd edək ki, Sənubər müəllimə 2007-ci ildən şəhər 9 saylı tam orta məktəbdə ixtisası üzrə müəllim işləyir. O, hal-hazırda şəhər 9 saylı məktəb ilə yanaşı ADPU-nun Şamaxı filialında da ixtisası üzrə müəllim kimi çalışır. Sənubər müəllimə BDU-nun filologiya fakültəsinin bakalavr və magistiratura pillələrinin hər ikisini fərqlənmə diplomu ilə bitirib. Hal-hazırda BDU-nun "Azərbaycan dilçiliyi" kafedrasının dissertantıdır. Diaqnostik qiymətləndirmədə 51 bal toplayıb. Bir çox elmi jurnallarda müxtəlif məqalələri çap edilib. Beynəlxalq və respublika səviyyəli konfranslarda çıxış edib. Təlimçi kimi bir neçə layihədə iştirak edib. 2020-2021-ci tədris ilində şagirdi şəhər 9 saylı tam orta məktəbin hal-hazırda 10-cu sinfində təhsil alan Məmmədov Namik Emin oğlu Respublika fənn olimpiadasında azərbaycan dili və ədəbiyyat fənni üzrə III yerə layiq görülmüşdür.

Sənubər müəlliməni bu yüksək səviyyəli təltif münasibətilə Şamaxı RTŞ-nin rəhbərliyi və kollektivi adından təbrik edir, ona gələcək işlərində uğurlar arzulayırıq !!!


Açar sözlər: ,  ,  ,