10.09.2021

500-dən artıq bal toplayan məzunlarla görüş keçirilib

10  sentyabr tarixində Şamaxı şəhəri Heydər Əliyev adına parkda karantin qaydalarına əməl edilməklə rayon üzrə 500-dən artıq bal toplayan 32 nəfər məzun və Respublika Fənn Olimpiadasında III yerə layiq görülən şəhər 9 saylı tam orta məktəbin X sinif şagirdi Məmmədov Namik Emin oğlu ilə görüş keçirilib. Görüşdə Rayon İcra Hakimiyətinin başçısı Tahir Məmmədov, rayonun millət vəkili Tamam xanım Cəfərova və Təhsil Şöbəsinin müdiri Məsud Babayev iştirak etmişdir. Çıxış edənlər məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulamışlar. Daha sonra məzunlara qiymətli hədiyyələr və təşəkkürnamə təqdim edilmişdir. Sonda məzunlarla xatirə şəkli çəkdirmişlər.

Məzunlarımızı bir daha təbrik edir, onlara gələcək işlərində yüksək uğurlar arzulayırıq !!!


Açar sözlər: