Sentyabrın 15-də İsmayıllı şəhər Mədəniyyət Sarayında keçirilən Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayon təhsil işçilərinin sentyabr konfransında Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan rayon təhsil şöbələrinin müdirləri, İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavin Sevil Əhmədova, Təhsil İnstitutu (ARTİ), Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) əməkdaşları, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər. Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu konfransda iştirak edən bölgələr üzrə 2020-2021-ci tədris ilinə dair hesabat nitqi ilə çıxış edib. Hər bir rayon və şəhər üzrə əldə edilən nailiyyətlər tədbir iştirakçılarının nəzərinə çatdırılıb. Konfrans çərçivəsində təhsildə innovasiyalar, müəllim peşəkarlığının davamlı şəkildə dəstəklənməsi, məktəbdaxili qiymətləndirmənin təşkili və digər məsələlər barədə məlumat verilib.
Konfrans müzakirələrlə davam etdirilib, təhsil içilərini maraqlandıran suallar cavablandırılıb.