Şamaxı regional “ASAN xidmət” mərkəzi tərəfindən “Birlikdə yaşadaq” tədbiri təşkil olunub. Tədbir çərçivəsində mərkəzdə könüllülər və əməkdaşlar tərəfindən müxtəlif daşlardan, köhnə açarlardan, şüşə qablardan, ip və kağızdan istifadə edilərək hazırlanmış incəsənət nümunələrinin sərgisi və satışı reallaşdırılıb. Satışda əldə edilən vəsait "YAŞAT" fonduna köçürüləcək.
Tədbirdə Şamaxı Rayon Təhsil Şöbəsinin rəhbərliyi və əməkdaşları, eləcədə məktəb direktorları iştirak etmişlər.