27.06.2021

“26 iyun Silahlı Qüvvələr günü”nə həsr olunan tədbir keçirilib

Şamaxı şəhər 3 saylı tam orta məktəbdə 26 iyun Silahlı Qüvvələr gününə həsr edilən tədbir keçirilib. Tədbirdə dövlət qurumlarından nümayəndələr, rayonumuzdan olan şəhid ailələri, qazilər və məktəbin müəllim, şagird kollektivi iştirak edib.

Yüksək səviyyədə keçirilən tədbirdə şəhidlərin və qazilərin döyüş yollarından danışılıb, şəhid övladlarının çıxışları dinlənilib. Daha sonra tədbir bədii hissə ilə davam etdirilib.

Vətənpərvərlik ruhda keçirilən tədbiri məktəb rəhbərliyi və kollektivi hərbi geyimdə idarə ediblər.


Açar sözlər: ,  ,