11 iyun tarixində Şamaxı Rayon Təhsil Şöbəsi əməkdaşlarının və məktəb rəhbərlərinin iştirakı ilə 2020-2021-ci tədris ilinin yekunu ilə əlaqədar növbəti onlayn təhsilyanı şura keçirilmişdir. Şurada Şamaxı RTŞ-nin müdiri Məsud Babayev tədris ilinin yekunu, məktəblərdə keçirilən monitorinqlərin nəticələri, təhsil işçilərinin vaksinasiya prosesində iştirakı, son zəng tədbirinin keçirilməsi, yay məktəbinin təşkili və s. məsələlər haqqında çıxış edərək direktorlara bir çox tapşırıqlar vermişdir. Daha sonra XI siniflərin buraxılış imtahanlarının nəticələri məktəblər üzrə ayrı-ayrılıqda müzakirə edilərək, zəif nəticə göstərən məktəblərin direktorlarına xəbərdarlıq edilmişdir. Həmçinin RTŞ rəhbərliyi tərəfindən bütün məktəb direktorlarına işlərinə məsuliyyətlə yanaşmaları bildirilmişdir.
Sonda RTŞ əməkdaşları çıxış etmiş və direktorların sualları cavablandırılmışdır.