Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə Vətən Müharibəsi Şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika turniri davam edir. Zonalar üzrə keçirilən yarışlar 04-05 iyun tarixlərində İsmayıllı şəhərində “Basketbol” idman növü üzrə, 07-08 iyun tarixlərində isə Oğuz rayonunda “Futbol” idman növü üzrə keçirilmişdir.
"Basketbol" idman növü üzrə rayonumuzu şəhər 6 saylı tam orta məktəbin, "Futbol" idman növü üzrə isə şəhər 10 saylı tam orta məktəbin komandası təmsil etmişlər.