Bildiyiniz kimi bu il cənab Prezidentin müvafiq sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi qeyd edilir. Bu sərəncamın tələbinə uyğun olaraq Təhsil Nazirliyi tərəfindən tədbirlər planı təsdiq edilmişdir. Həmin tədbirlər planına uyğun olaraq Şamaxı rayon ümumtəhsil məktəblərində də tədbirlər keçirilir. Bu tədbirlərdən biri Şəhriyar qəsəbə tam orta məktəbində keçirilmişdir. Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının və Şəhriyar qəsəbə tam orta məktəbinin rəhbərliyi və kollektivi iştirak etmişdir.
Sonda məktəbli şagirdlərin iştirakı ilə bədii hissə keçirilmişdir.