09.06.2021

“Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi üzrə keçirilən müsabiqənin qalibi ilə görüş keçrilib

Avropa İttifaqının maliyyə dəstəyi və "Regional İnkişaf" İctimai Birliyinin təşkilatçılığı ilə təşkil edilən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi üzrə keçirilən müsabiqənin qalibi olmuş Şamaxı şəhər 9 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Soltanova Hicran Comərd qızının gördüyü işlərlə əlaqəli təqdimatı keçirilmişdir.Təqdimatda Hicran Soltanova inklüziv təhsilin keyfiyyətinin yüksəldilməsinə dair istifadə etdiyi əyani materialları qonaqlara təqdim etmişdir.

Keçrilən tədbirdə Avropa İttifaqının benefisiarları və digər qurumlardan qonaqlar da  iştirak etmişdir.

Təqdimatda təqdim edilən vəsaitlər Avropa İttifaqının səfiri və media nümayəndələri tərəfindən yüksək maraqla qarşılanmışdır.

 


Açar sözlər: ,