03.06.2021

Vətən Müharibəsi Şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasındamüxtəlif idman növləri üzrə  respublika turnirləri başlayıb

Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə Vətən Müharibəsi Şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika turniri başlamışdır.

Zonalar üzrə keçirilən yarışlar 27-28 may tarixlərində İsmayıllı şəhərində “Atletika” idman növü üzrə, 31 may tarixində isə Göyçay şəhərində “Voleybol” idman növü üzrə keçirilmişdir. "Atletika" idman növü üzrə rayonumuzu şəhər 6 saylı tam orta məktəbin, "Voleybol" idman növü üzrə isə şəhər 3 saylı tam orta məktəbin komandası təmsil etmişlər.

 


Açar sözlər: ,