01.06.2021

“Qarabağ şəhidləri və Qarabağ zəfəri” adlı onlayn şeir müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Türkiyə Təhsil Müşavirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə “Qarabağ şəhidləri və Qarabağ zəfəri” adlı onlayn şeir müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir.

Mərasimdə Təhsil Nazirliyi və digər qurumlardan məsul şəxslər iştirak etmişlər.

Qaliblər sırasında rayonumuzun 4 nəfər IX və XI sinif şagirləridə olmuşdur. Onlar, Göylər kənd 1 saylı tam orta məktəbin XI sinif şagirdi Rüstəmova Gülxarə Mənsur qızı, Göylər kənd 2 saylı tam orta məktəbin IX sinif şagirdi Rəhimov Cəlil Bəhrəm oğlu, Meysəri kənd tam orta məktəbin IX sinif şagirdi İsazadə Ləman Məhəmmədəli qızı və Səfalı kənd ümumi orta məktəbinin IX sinif şagirdi Səfərova Şirinbacı Dəyanət qızı olmuşdur.

Şagirdlərimizi təbrik edir, onlara gələcəkdə daha yüksək uğurlar arzulayırıq.

 


Açar sözlər: