2021-ci ilin Nizami Gəncəvi ili elan edilməsi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində mayın 20-21-də Türkiyənin "Eyuder Eğitim və Uzmanlar Dərnəyi" , Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbi, Azərbaycan Dillər Universiteti və "Uluslararası Dil Eğitim Dərnəyinin" birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi və Yunus Əmrə yaradıcılığında ortaq bağlar “ mövzusunda onlayn formada “Uluslararsı Kültür və Eğitim forumu” keçirilib. Forumda hər iki dövlətin bir çox akademik və professorları, alimlər, ziyalılar və bir çox elm xadimləri iştirak ediblər. Yüksək səviyyədə təşkil olunmuş və 2 gün davam edən forumda bir çox maraqlı araşdırmalar, müzakirələr və diskussiyalar keçirilib.