21.05.2021

Müzəffər liderimiz

Müstəqil Azərbaycan Respublikasının memarı, müasir tarixin ən böyük siyasətçilərindən biri olmuş Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyev yağı düşmənin 30 illik işğalçılıq siyasətinə son qoydu. 30 illik işğal məhz 44 günlük müharibə zamanı qazanılmış qələbə ilə başa çatdı.

XX əsrin sonlarında mənfur düşmən torpaqlarımızın 20 faizini işğal etdi. Heydər Əliyev hakimiyyətə gələnə qədər xalq çətin və dözülməz vəziyyətdə idi. Xalqın təkid və tələbi ilə Heydər Əliyev hakimiyyətə gətirildi. Bu dönüş Azərbaycan xalqının çox xoşbəxt gələcəyindən xəbər verirdi. Dünya şöhrətli liderimiz istər daxili, istərsə də xarici düşmənlərlə daim dövlətçiliyimizin müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizə aparırdı. Heydər Əliyev siyasətinin layiqli davamçısı olan dövlət başçımız İlham Əliyev 30 ildə düşmənin tapdağı altında qalan torpaqlarımızın cəmi 44 gündə geri alınması ilə bütün dünyaya sübut etdi ki, biz sülhsevər xalqıq və 30 il dözərək səbir etməmiz qan tökülməsinin əleyhinə olduğumuzun göstəricisidir. Səbirin sonundakı dəmir yumruğun necə sərt və möhkəm olduğundan xəbərsiz olan mənfur düşmən otuz il işğal altında saxladığı əzəli torpaqlarımızdan iti qovan kimi qovuldu.

Cənab Prezidentimiz "Qarabağ Azərbaycandır!" kəlməsinin tarixi bir həqiqət olduğunu dünya liderlərindən adi jurnalistlərə qədər hamıya böyük məharətlə izahlı olaraq çatdırmış oldu. İlham Əliyev zəkasının nəticəsində inkişaf etmiş Azərbaycan iqtisadiyyatı bütün gücünü müharibədə göstərdi. Xalqın gözü tərəzidir, xalq İlham Əliyevi ona görə sevir ki, İlham Əliyev vətənini, xalqını çox sevir. Xalq-İlham Əliyev birliyi bütün uğurlarımızın başlıca səbəbidir.

Baş Komandanımız İlham Əliyev qismən səfərbərlik elan edərkən bütün xalq ayaga qalxdı. Bütün xalq İlham Əliyevin ətrafında birləşərək dəmir yumruğa çevrildi. İstər ön cəbhədə, istərsə də arxa cəbhədə səfərbər olmuş liderinə inanan və güvənən xalqımız düşmən üzərində böyük qələbəyə tam əmin idi.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə yenilməz ordumuz öz şücaətini düşmənə göstərdi. Qələbədən sonra istər şəhidlərimizin, istərsə də qazilərimizin heç biri dövlət qayğısından kənarda qalmadı. İşğaldan azad olunan torpaqlarımızın bərpa olunması üçün dövlətimiz dərhal real işlərin görülməsinə başladı. Bizim haqq işimizə dəstək olan qardaş Türkiyə dövləti Azərbaycanımıza çox böyük siyasi və mənəvi dayaq oldu. İlham Əliyev cənablarının qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanı qələbə paradına dəvət etməsi, paradı iki liderin birgə qəbul etməsi çox qürurverici bir hadisə idi. Bütün sahələrdə düzgün uzaqgörən siyasət yürüdən möhtərəm prezidentimizlə xalqımızın xoşbəxt gələcəyə doğru irəlilədiyinə əminik.

Yaşasın Azərbaycan, yaşasın İlham Əliyev!


Açar sözlər: ,  ,