18.05.2021

Vaksinasiya həm də təhsil məsələsidir

Şamaxı rayonunda bütün yaş səviyyələri üzrə təhsil işçilərinin I və II doza üzrə vaksinasiya prosesi sürətlə və uğurla davam etdirilir.

Şamaxı RTŞ müdiri və idarənin bütün kollektivi vaksinasiya prosesində yenidən iştirak edərək II doza vaksini vurdurublar. Həmçinin bütün məktəblər üzrə müəllim və texniki işçilər müəyyən edilmiş qrafikə uyğun olaraq könüllü qaydada tam ruh yüksəkliyi ilə bu prosesdə iştirak edirlər.

Bütün vətəndaşlarımızı sağlamlığımızın qarantı olan bu aksiyada fəal iştirak etməyə çağırırıq.

 


Açar sözlər: