8 may tarixində ölkə üzrə 107 mərkəzdə Lütfi Zadə adına məntiq olimpiadasının rayon mərhələsi keçirilib. Şamaxı rayonu üzrə müsabiqədə 198 nəfər V sinif şagirdi iştirak etmişdir. Müsabiqə pandemiya qaydalarına tam əməl edilmək şərti ilə əyani formada keçirilmişdir. Nəticələrin yaxın günlərdə açıqlanması gözlənilir.
Müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadənin irsinin şagirdlər arasında təbliği, həmçinin şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən ibarətdir.