Şamaxı Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumtəhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə adları aşağıdakı siyahıda qeyd edilən 7 alternativ qeydiyyat mərkəzi fəaliyyətə başlayıb. Alternativ qeydiyyat mərkəzlərinin işi mövcud sanitar-epidemioloji qaydalara əməl etmək şərti ilə ənənəvi və “whatsapp” nömrələri vasitəsilə təşkil olunacaq. Həmin alternativ qeydiyyat mərkəzlərində internetə çıxışı olmayan və İKT bilikləri zəif olan valideynlərə köməklik göstəriləcək.