27.04.2021

26 və 27 aprel tarixlərində VI Respublika fənn müsabiqəsinin birinci mərhələsi keçirilib

26 və 27 aprel tarixlərində VI Respublika fənn müsabiqəsinin birinci mərhələsi keçirilib. Şəhər 9 saylı tam orta məktəbdə keçirilən müsabiqənin I mərhələsində Şamaxı rayon ümumtəhsil müəssisələrindən ümumilikdə 284 nəfər VI-VII sinif şagirdləri iştirak etmişdir.

Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.


Açar sözlər: ,  ,  ,  ,