14.04.2021

Şamaxı Rayon Təhsil Şöbəsi üzrə bütün işçilərin vaksinasiya prosesi sürətlə və uğurla davam etdirilir 

Şamaxı rayonunda bütün yaş səviyyələri üzrə təhsil işçilərinin vaksinasiya prosesi sürətlə və uğurla davam etdirilir. Şamaxı RTŞ müdiri və idarənin bütün kollektivi vaksinasiya prosesində iştirak ediblər.

Həmçinin bütün məktəblər üzrə müəllim və texniki işçilər müəyyən edilmiş qrafikə uyğun olaraq könüllü qaydada tam ruh yüksəkliyi ilə bu prosesdə iştirak edirlər.

Bütün vətəndaşlarımızı sağlamlığımızın qarantı olan bu aksiyada fəal iştirak etməyə çağırırıq.


Açar sözlər: ,