2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilməsi ilə təsdiqlənən tədbirlər planına uyğun olaraq Şamaxı, Quba, Ucar, Zaqatala və Yardımlı Rayon Təhsil Şöbələrinin birgə əməkdaşlığı və təşkilatçılığı ilə şairin beş poemadan ibarət "Xəmsə" əsərinə həsr edilən videoçarx hazırlanmışdır. Şamaxı rayonu üzrə təqdim olunan layihənin təşkili və hazırlanmasında fəal iştirakına görə Şamaxı Avropa liseyinin azərbaycan dili və ədəbiyyat müəllimi Səadət Rüstəmova Şamaxı RTŞ rəhbərliyi tərəfindən qəbul edilərək, ona təşəkkürnamə və hədiyyə təqdim edilmişdir.
Qeyd edək ki, Səadət Rüstəmovaya Ucar RTŞ müdiri tərəfindən də təşəkkürnamə təqdim edilmişdir.