06.04.2021

Rayon ümumtəhsil məktəblərində RTŞ əməkdaşları tərəfindən  monitorinqlər  keçirilir

Şamaxı Rayon Təhsil Şöbəsi müdirinin imzaladığı əmrə əsasən rayon ümumtəhsil məktəblərində RTŞ əməkdaşları tərəfindən keçirilən monitorinqlər davam edir.

Növbəti belə monitorinq Göylər kənd 2 saylı və Nüydü kənd tam orta məktəblərində keçirilmişdir.

RTŞ əməkdaşlarından ibarət  olan komissiya hər iki məktəbdə olmuş, mövcud olan nöqsanlar  müəyyən edilərək  məktəb kollektivi ilə  müzakirə edilmişdir.


Açar sözlər: ,  ,  ,