25.03.2021

Fənn olimpiadalarının final mərhələsinə vəsiqə qazanan şagirdlərlə görüş keçirilib

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun millət vəkili Tamam xanım Cəfərova və RTŞ-nin müdiri Məsud Babayev fənn olimpiadalarının final mərhələsinə vəsiqə qazanan şagirdlərlə görüşərək, yüksək nəticə göstərdikləri üçün onları təbrik etmiş, növbəti mərhələdə onlara uğurlar arzulamışlar.

Qeyd edək ki, yarımfinal mərhələsində rayon üzrə 52 nəfər şagird iştirak etmişdir ki, onlardan şəhər 9 saylı tam orta məktəbin IX sinif şagirdi Məmmədov Namik Emin oğlu-azərbaycan dili və ədəbiyyat, şəhər 10 saylı tam orta məktəbin X sinif şagirdi Usbalıyev İmadi Hafiz oğlu- kimya və Göylər kənd 1 saylı tam orta məktəbin IX sinif şagirdi Həmzaliyeva Sevinc Şahmar qızı-kimya fənni üzrə finala vəsiqə qazanmışlar.


Açar sözlər: ,  ,