Şamaxı şəhər 2 saylı, Muğanlı kənd tam orta, Sabir, Şəhriyar qəsəbə tam orta və II Çaylı ümumi orta məktəblərində “Erkən nikahlar və qohumlar arasında nikahın mənfi təsirləri” mövzusunda tədbirlər keçirilmişdir.
Tədbir iştirakçıları erkən nikah quran şəxslərə, onların uşaqlarına, ümumilikdə isə ailə quruluşuna və bütövlükdə cəmiyyətə mənfi təsir göstərməsi barədə maarifləndirici söhbətlər aparılmışdır.
Uşaq evliliyi və yaxın qohumlar arasında evlilik probleminə sosial aspektdən yanaşan tədbir təşkilatçıları məktəblilərə uşaq hüquqları haqqında Beynəlxalq Konvensiyalar və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu haqqında məlumat veriblər. Tədbir iştirakçılarına bildirildiki, erkən yaşda qurulan nigahlar 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərir və bu da öz növbəsində gələcəkdə ailədaxili zorakılıq hallarını ortaya çıxarır. Qohumlar arasında qurulan nikahda isə xəstə övladların doğulması daha çox rast gəlinir. Bu fikirlərlə razılaşan tədbir iştirakçıları erkən yaşda qurulan evliliklərin çox vaxt tez dağılması haqqında fikirlər söylədilər.
Bu mövzuda silsilə tədbirlər rayonumuzun digər məktəblərində də təşkil olunacaqdır.