16.03.2021

Şamaxı Rayon Təhsil Şöbəsində görüş keçrilib

Bu gün Şamaxı RTŞ-nin müdiri Məsud Babayev "azgundem.az" saytının baş redaktor müavini Alxas Məmmədovla görüş keçirib. Görüşdə Şamaxı RTŞ-si tərəfindən təhsilimizin inkişafı üçün görülən işlərin sosial şəbəkələrdə və mediada işıqlandırılması məsələsi müzakirə edilmişdir. Eyni zamanda bundan sonra Şamaxı RTŞ-nin "azgundem.az" saytı ilə qarşılıqlı sıx əməkdaşlığının olacağını, rayon təhsilində görüləcək bütün tədbirlərin qeyd edilən saytda işıqlandırılacağı bildirilmişdir.

Sonda rayon məktəblərinin və RTŞ-nin rəsmi facebook səhifələrində fəallıqlarını və "azgundem.az" saytı ilə birlikdə əməkdaşlıq etdiklərinə görə saytın rəhbərliyi tərəfindən bir neçə məktəbin və RTŞ-nin kollektivi təşəkkürnamə ilə təltif edilmişdir.

Bizdə öz növbəmizdə rayon təhsilinin inkişafında və işıqlandırılmasında yaxından iştirakına görə RTŞ kollektivi olaraq baş redaktor Kazım Cəbrayılov və baş redaktor müavini Alxas Məmmədova təşəkkür edirik.


Açar sözlər: ,