12.03.2021

Milli qiymətləndirmədə Şamaxı rayon ümumtəhsil məktəblərinin şagirdləri də iştirak ediblər

Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən III, VI və VII sinif şagirdləri arasında keçirilən milli qiymətləndirmədə Şamaxı rayon ümumtəhsil məktəblərinin şagirdləri də iştirak ediblər.

Milli qiymətləndirmədə rayonumuz üzrə şəhər 2 saylı, 3 saylı, Şamaxı Avropa liseyi və Dəmirçi kənd tam orta məktəblərin şagirdləri iştirak edib.

Əyani formada təşkil olunan qiymətləndirmə zamanı COVİD-19 pandemiyası ilə əlaqədar tələb edilən gigiyenik qaydalara tam əməl olunmuşdur. 

Qeyd edək ki, qiymətləndirmənin əsas məqsədi şagirdlərin keyfiyyət göstəricilərini müəyyən etməkdir. Milli qiymətləndirmə şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərmir. Bu qiymətləndirmə tədqiqat xarakteri daşıyır və tədris ili ərzində mütəmadi təşkil olunacaq. Tədqiqatın nəticələri əsasında şagirdlərə dəstək üsulları hazırlanacaq.


Açar sözlər: ,  ,  ,