Şamaxı rayon ümumtəhsil məktəblərində çətin tərbiyə olunan, hüquq pozuntuları törədən, zorakılığa məruz qalan, valideynləri ayrılan, himayədə yaşayan şagirdlər mütəmadi olaraq müəyyənləşdirilir. Sadalanan kateqoriyalara aid hər bir şagirdin psixoloji durumunun öyrənilməsi istiqamətində bir çox tədbirlər görülür.
Belə ki, risk qrupuna daxil edilmiş şagirdləri diaqnozlaşdırmaq, onlara inkişafetdirici proqramlar tətbiq etmək və tənqidi təfəkkür, yaradıcı yanaşma, problemlərinin həlli, qərarların qəbul edilməsi istiqamətində sinif rəhbərləri, fənn müəllimləri, məktəb psixoloqları mütəmadi işlər aparır.
Bununla yanaşı risk qrupuna daxil olan təhsilalanların valideynləri və qəyyumları ilə təhsil müəssisələrinin pedaqoji heyətinin birgə tədbirləri keçirilir. Belə tədbirlərdən biri də, Sabir qəsəbə və Qızmeydan kənd tam orta məktəblərində keçirilmişdir.