10 fevral 2021-ci il tarixdə başlayan Respublika fənn olimpiadalarının rayon mərhələsi 12 fevral tarixində uğurla yekunlaşmışdır. Şamaxı rayonu üzrə şəhər 9 saylı tam orta məktəbdə keçirilən olimpiadada ümumilikdə 380 şagird biliyini sınayıb. Nəticələrin yaxın günlərdə açıqlanacağı gözlənilir.
Olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.
Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.