10.02.2021

“Yol hərəkətinin təhlükəsizliyi” mövzusu  ilə baglı maarifləndirmə işləri aparılıb

2019-2020-ci illərdə  Şamaxı rayon ümumtəhsil məktəblərində Yol hərəkətinin təhlükəsizliyi” mövzusu  ilə baglı təhsil müəsisələrində hərəkətin təşkili, təhlükəsizliyi, yollarda hərəkət sıxlığı nəzərə alınmaqla sürət məhdudiyyətinin müəyyən edilməsi  və sair bu kimi məsələlərlə bağlı   Dövlət Yol Polisi işçiləri vaxtaşırı məktəblərdə olmaqla, yol hərəkətinin təhlükəsizliyi mövzusunda maarifləndirmə işləri aparılıb.

 Bununla yanaşı "Yol hərəkəti qaydalarını öyrənək və əməl edək" mövzusunda dəyirmi masalar, öyrədici seminarlar, ümumtəhsil məktəblərində “Yol hərəkəti qaydalarının ən yaxşı bilicisi” müsabiqəsi keçirilib.

 

 


Açar sözlər: ,  ,