09.02.2021

Tədrisin təşkili, siniflərin istilik sistemi və sanitar-gigiyena qaydalarına əməl edilməsi vəziyyəti yoxlanılıb

Fevralın 8-dən Bakı, Sumqayıt və Abşeron istisna olmaqla, digər şəhər və rayonlarda olduğu kimi Şamaxı rayon ümumtəhsil məktəblərində də V-IX siniflər üzrə ənənəvi tədris forması qismən bərpa olunub.

Şagirdlər arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verən məktəblərdə tədris qeyd edilən siniflər üzrə həftədə 5 dəfə, həmin şərti ödəməyən məktəblərdə isə həftədə 3 dəfə təşkil ediləcək.

Bununla əlaqədar Şamaxı RTŞ-nin müdiri Məsud Babayev məktəblərə şəxsən özü baxış keçirərək tədrisin təşkili, siniflərin istilik sistemi və sanitar-gigiyena qaydalarına əməl edilməsi vəziyyətini yoxlamışdır. Sonda baxış keçirdiyi məktəb rəhbərlərinə tapşırıqlar verərək, işlərində məsuliyyətli olmalarını bir daha onların diqqətinə çatdırmışdır. Daha sonra 10-11-12 fevral tarixlərində respublika fənn olimpiadalarının rayon mərhələsi keçiriləcək şəhər 9 saylı tam orta məktəbə gedərək, məktəb rəhbərliyinin olimpiadaya hazırlıq və təşkilatçılıq vəziyyətini yoxlamış, məktəb direktoruna qeyd edilən tarixlərdə olimpiadanın yüksək səviyyədə keçirilməsinin vacibliyini bildirmişdir.


Açar sözlər: ,  ,