02.02.2021

Əyani tədrisin qismən başlaması ilə əlaqədar  məktəblərdə monitorinq keçirilib

Fevralın 1-dən ölkə üzrə ümumtəhsil müəssisələrində ənənəvi tədris qismən bərpa olunub. Şamaxı rayon ümumtəhsil məktəblərində bu gündən 33 məktəb 5 günlük, 35 məktəb isə 3 günlük fəaliyyət göstərəcək. Eyni zamanda 66 məktəbəhazırlıq qrupunda 995, I-IV siniflərdə isə 326 sinifdə 5961 şagird, həmçinin icma əsaslı qruplarda 313 uşaq əyani tədrisə cəlb ediləcəkdir.

 Bu gün əyani tədrisin başlaması ilə əlaqədar Şamaxı RTŞ-nin müdiri Məsud Babayev məktəblərdə monitorinq keçirərək, siniflərin istilik sistemi və sanitar-gigiyena qaydalarına əməl edilməsi vəziyyətini yoxlamışdır. Məktəbin ümumi vəziyyəti ilə maraqlanaraq, müəllim və şagirdlərin fikirlərini dinləmiş, bəzi məsələlərlə əlaqəli məktəb direktorlarına tapşırıqlar vermişdir.


Açar sözlər: ,  ,