Şamaxı RTŞ-nin müdiri Məsud Babayev 1 fevral tarixindən tədrisin əyani formada bərpası ilə əlaqədar məktəblərdə olmuş, məktəblərin şagirdləri əyani tədrisə hansı səviyyədə qəbul etməsi vəziyyəti ilə maraqlanmışdır. Məktəblərdə istilik sistemlərinin işlək vəziyyətdə olması, xüsusi karantin rejimi dövründə sanitar-gigiyena qaydalarına əməl olunması ilə əlaqəli görülən işlərə baxış keçirmişdir.
Həmçinin məktəb direktorlarına əyani tədris bərpa edilən gündən şagird və müəllimlərin sağlamlıqlarının qorunması naminə bütün zəruri tədbirlərin görülməsi və tələb olunan karantin qaydalarına ciddi şəkildə əməl edilməsini onların diqqətinə çatdırmışdır.