29 yanvar tarixində Şamaxı Rayon Təhsil Şöbəsində RTŞ əməkdaşları və məktəb direktorlarının iştirakı ilə növbəti videokonfrans keçirilib.
Microsoft Teams platforması vasitəsilə keçirilmiş görüşdə əsasən 2020-2021-ci tədris ilində I yarımilin yekunları və II yarımildə görüləcək işlər müzakirə edilib.
RTŞ müdiri Məsud Babayev çıxış edərək COVİD-19 pandemiyası ilə mübarizə, I yarımil üzrə yekun qiymətləndirmənin keçirilmə vəziyyəti, fevral ayının 1-dən etibarən ibtidai siniflərdə əyani tədrisin başlaması ilə əlaqədar məktəblərin tədrisə hazırlıq vəziyyəti, fənn olimpiadalarına hazırlıq və digər cari məsələlərlə bağlı məktəb direktorlarına müvafiq tapşırıq və tövsiyələr vermişdir. Daha sonra RTŞ əməkdaşları çıxış edərək çoxsaylı məsələlərlə əlaqədar direktorlara tapşırıqlar vermişdilər.
Sonda direktorların sualları cavablandırılmışdır