19.01.2021

“20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”-na əsasən onlayn formada xüsusi dərslər təşkil edilib

Yanvarın 19-da Şamaxı rayonunun bütün ümumtəhsil məktəblərində təhsil nazirinin müvafiq əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”-na əsasən onlayn formada xüsusi dərslər təşkil edilib. Tədbirlər Planına əsasən, təhsil müəssisələrində onlayn qaydada 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş kitab, foto və rəsm sərgisinin, ədəbi-bədii kompozisiyaların təşkili, konfrans, seminar, mühazirə və "dəyirmi masa"ların da keçirilməsi nəzərdə tutulur.

 

 


Açar sözlər: ,  ,  ,  ,