25 dekabr tarixində Şamaxı Rayon Təhsil Şöbəsində RTŞ əməkdaşları və məktəb direktorlarının iştirakı ilə növbəti videokonfrans keçirilib.
Microsoft Teams platforması vasitəsilə keçirilmiş görüşdə gündəmdə olan əsas məsələ təhsil nazirliyi tərəfindən RTŞ-yə daxil olan 18 dekabr 2020-ci il tarixli 05-09-1106/13 nömrəli məktubun icrasını təmin etmək olmuşdur.
Belə ki, məktubun tələbinə uyğun olaraq 51 ümumtəhsil, 2 məktəbdənkənar təhsil müəssiəsinin direktorları, məktəblərin ilk Həmkarlar Təşkilatının qeydiyyatından çıxarılaraq, Şamaxı RTŞ-nin ilk Həmkarlar Təşkilatının qeydiyyatına salınmışdır. Bununla əlaqəli tələb edilən sənədləşmə işləri görülərək yekunlaşmış və onlayn görüşdə Şamaxı RTŞ-nin ilk Həmkarlar Təşkilatının sədri Anar Osmanov tərəfindən direktorlara protokol elan edilərək, yekun qərarı onların diqqətinə çatdırmışdır. Daha sonra RTŞ müdiri Məsud Babayev çıxış edərək COVİD-19 pandemiyası ilə mübarizə, Microsoft Teams proqramında distant dərslərin keçirilmə vəziyyəti, jurnalların yazılma vəziyyəti, fənn olimpiadalarına hazırlıq və digər cari məsələlərlə bağlı müzakirələr aparılmış, müvafiq tapşırıq və tövsiyələr vermişdir.
Sonda RTŞ əməkdaşları çıxış edərək bir neçə məsələ ilə əlaqədar direktorlara tapşırıqlar vermişdilər.