26.12.2020

 II Qarabağ müharibəsinin Şamaxıdan olan şəhidlərinə həsr olunmuş videokonfrans keçirilib

Şamaxı şəhər 1 saylı tam orta məktəb və Bakı şəhəri Xətai rayon 95 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə  II Qarabağ müharibəsinin Şamaxıdan olan şəhidlərinə həsr olunmuş videokonfrans keçirilib. Konfransda Şamaxı Rayon İcra Hakimiyyətinin, Şamaxı Rayon Təhsil Şöbəsinin nümayəndələri, bir neçə şəhid ailəsi və qazilər, təşkilatçı məktəblərin direktorları, müəllim və şagirdləri, təhsil işçiləri və  xalq artisti Azad Şükürov iştirak etmişdir.

 Himnimizin səsləndirilməsi ilə başlanan, şəhidlərimizin əziz xatirəsinin sükutla yad edildiyi tədbirdə Şamaxı şəhidlərinin hər biri ayrı-ayrılıqda anılıb, onların həyat və döyüş yolundan geniş bəhs olunub. Tədbir iştirakçıları çıxışlar edərək şəhidlərinin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını, hər bir azərbaycanlının onlarla fəxr etdiyini bildiriblər.

 Sonda Şamaxıdan olan şəhidlərə həsr olunan videoçarx nümayiş etdirilib.


Açar sözlər: ,  ,