25.12.2020

Şamaxı Rayon Təhsil Şöbəsində RTŞ əməkdaşları və məktəb direktorlarının iştirakı ilə növbəti videokonfrans keçirilib

11 dekabr tarixində Şamaxı Rayon Təhsil Şöbəsində RTŞ əməkdaşları və məktəb direktorlarının iştirakı ilə növbəti videokonfrans keçirilib.

 Microsoft Teams platforması vasitəsilə keçirilmiş görüşdə başqa işə təyinat alması ilə əlaqədar işdən ayrılan sabiq RTŞ müdiri Namiq Nağıyev çıxış edərək direktorlarla sağollaşdı və gələcək işləri ilə əlaqədar onlara uğurlar arzulayaraq, bir çox tövsiyələr verdi. Daha sonra RTŞ-nə yeni müdir təyin edilən Məsud Babayev çıxış edərək gündəmdə olan məsələlərlə əlaqəli direktorlara məlumat verdi. Görüşdə COVİD-19 pandemiyası ilə mübarizə, distant dərslərin keçirilmə vəziyyəti, jurnalların yazılma vəziyyəti, şagird yerdəyişməsi, fənn olimpiadalarına hazırlıq və digər cari məsələlərlə bağlı müzakirələr aparılmış, müvafiq tapşırıq və tövsiyələr verilmişdir. Eyni zamanda RTŞ müdiri direktorlara işlərində daha məsuliyyətli olmalarını bildirirərək, işlərində ciddi dönüş etməyən və nöqsanlara yol verən direktorlar haqqında sərt cəza tədbirlərinin görüləcəyini bildirdi. Daha sonra RTŞ əməkdaşları çıxış edərək bir neçə məsələ ilə əlaqədar direktorlara tapşırıqlar verdilər.

Sonda məktəb direktorlarının sualları cavablandırıldı.

 

 


Açar sözlər: ,