1 may 2020-ci il tarixdə Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Namiq Nağıyev, RTŞ əməkdaşları, məktəb və məktəbdənkanar müəssələrinin rəhbərlərinin iştirakı ilə karantin dövrünün tələbinə uyğun olaraq videokonfrans keçirilib.
Videokonfransda, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş ümumtəhsil məktəb şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin yekun mərhələsinin onlayn formada keçirilməsi, Şamaxı məktəbliləri arasında Dahi Azərbaycan şairi M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş 10-cu Online Bədii Qiraət Müsabiqəsinə start verilməsi, I sinfə cəlb ediləcək uşaqların elektron qeydiyyatı, hazırlıq qruplarına uşaqların cəlb edilməsi, rayonun ümumtəhsil məktəblərinin müəllim və şagirdlərinin virtual məktəb layihəsində iştirak dinamikası, növbəti tədris ili üçün Müəllimlərin İşə Qəbulu müsabiqəsində vakansiyaya çıxarılacaq yerlərin müəyyən edilməsi istiqamətində hazırlıqlara başlanılması, mövcud olan problemlər, şagirdlər tərəfindən teledərslərin və onlayn dərslərin izlənilməsi ilə bağlı məsələlər müzakirə edilib və məktəb rəhbərlərini maraqlandıran suallar cavablandırılıb.
Sonda məktəb direktorlarına aztəminatlı ailələrə göstərilmiş yardım kampaniyasında iştirak etdikləri üçün təşəkkür edilib.