23 yanvar tarixində Şamaxı RTŞ-nin və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin çağırışa qədərki hazırlıq üzrə hərbi rəhbərləri və yuxarı sinif şagirdlərinin iştirakı ilə zona müşavirəsi keçirilib.
Müşavirədə iştirak edən Müdafiə Nazirliyinin əməkdaşları- polkovnik-leytenant Rəşad Hüseynov və mayor Firavan Şərfalıyev gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması sahəsində təlimati söhbətlər apararaq, hərbi sahədə təhsillərini davam etdirmək istəyən şagirdlərə öz tövsiyələrini veriblər.