22.01.2020

Coca-Cola məktəbli kuboku uğrunda mini futbol üzrə rayon birinciliyinin I mərhələsi keçirilib

18 yanvar tarixində şəhər 6 saylı tam orta məktəbin idman zalında Şamaxı Rayon Təhsil Şöbəsi və AFFA-nın birgə təşkilatçılığı ilə VII sinif şagirdləri arasında Coca-Cola məktəbli kuboku uğrunda mini futbol üzrə rayon birinciliyinin I mərhələsi keçirilib.

Yarışda Şamaxı Avropa liseyi, şəhər 3,6,9, 10, Sabir, İnşaatçı, Şəhriyar qəsəbə, Məlhəm, Mərzəndiyə, Hacıqədirli kənd tam orta və Məlcək kənd ümumi orta məktəbin komandaları iştirak edibdir.

 Gərgin və maraqlı idman mübarizəsindən sonra Şamaxı Avropa liseyi və şəhər 10 saylı tam orta məktəbin komandaları final yarışına vəsiqə qazanıblar.

 


Açar sözlər: ,  ,  ,  ,