10 yanvar tarixində Şamaxı Rayon Təhsil Şöbəsi tərəfindən şəhər 9 saylı tam orta məktəbdə təhsilini başa vura bilməyən şəxslər üçün ümumi orta və tam orta təhsil proqramı üzrə eksternat qaydasında aralıq imtahanları keçirilib.
IX siniflər üçün 5, XI siniflər üçün 6 fənn üzrə keçirilən imtahanlarda ümumilikdə 105 nəfər şəxs iştirak edib. 11 yanvar saat 10:00-da digər fənlər üzrə imtahanlar davam etdiriləcək.
Qeyd edək ki, yalnız imtahanların bu mərhələsində uğur qazanan şəxslər Dövlət İmtahan Mərkəzinin keçirəcəyi test imtahanında iştirak edəcəklər.