29.12.2019

"Sağlam Təhsil-Sağlam Millət" pilot layihəsi əsasında  milli qiymətləndirmə keçirilib

26 dekabr tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil İnstitutu tərəfindən Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbində "Sağlam Təhsil-Sağlam Millət" pilot layihəsi əsasında məktəbin 5-ci və 9-cu sinif şagirdlərinin sağlamlıqla bağlı müəyyən göstəricilərinin ölçülməsi məqsədilə milli qiymətləndirmə keçirilib.

Qiymətləndirmə RTŞ-nin metodisti Sevda Babaşova və Rayon Mərkəzi Xəstəxanansının oftalmoloqu Gülnarə Sadıqova tərəfindən aparılıb.

Qiymətləndirmədə şagirdlərlə yanaşı valideyn və müəllimlər də iştirak edib.

 

 


Açar sözlər: ,