26 dekabr tarixində Şamaxı Rayon Təhsil Şöbəsində növbəti təhsilyanı şura keçirilib. Şurada Təhsil Şöbəsinin müdiri Namiq Nağıyev, ATİAHİ-nin Şamaxı Rayon Komitəsinin sədri Fatmaxanım Quliyeva, RTŞ-nin əməkdaşları, rayonun bütün ümumtəhsil və məktəbdənkənar məktəblərin direktorları iştirak edib.
İlk öncə RTŞ müdiri qarşıda görüləcək işlərlə bağlı, xüsusilə IX və XI sinif şagirdlərinin buraxılış imtahanlarına hazırlıq vəziyyəti, eləcədə şagirdlərin fənn olimpiadalarına və fənn müsabiqələrinə hazırlıqla bağlı çıxış edərək, direktorlara bir çox tapşırıqlar verib. Daha sonra monitorinq keçirilən məktəblərin nəticələri geniş şəkildə müzakirə edilib.
Tədris ilinin əvvəlindən başlayan monitorinqlərdə aşkarlanan nöqsanlar RTŞ müdiri tərəfindən məktəb direktorlarının diqqətinə çatdırılaraq, qısa vaxt ərzində qeyd edilən nöqsanların aradan qaldırılması tapşırılıb və həmin direktorlara xəbərdarlıq və töhmət elan edilib.
Sonda RTŞ əməkdaşları müəyyən məsələlərlə bağlı çıxış ediblər.