Şamaxı rayonunun ümumtəhsil məktəblərində 2019-2020-ci tədris ilinin əvvəlindən başlayan montorinqlər davam etdirilir. Monitorinqlərə Təhsil Şöbəsinin müdiri Namiq Nağıyev şəxsən özü rəhbərlik edərək məktəblərdəki vəziyyətlə yerindəcə tanış olub.
Növbəti belə monitorinqlər rayonun kənd məktəbləri olan Göylər kənd 1 saylı, Çaylı tam və Bağırlı-Dağ kənd tam orta məktəblərində keçirilib.
Monitorinqdə RTŞ müdiri tərəfindən tədris prosesi izlənilib, əməkdaşlar tərəfindən davamiyyət, sənədləşmə, tədrisin vəziyyəti və digər məsələlər geniş şəkildə yoxlanılıb.
Qeyd edilən nöqsanların aradan qaldırılması üçün məktəb direktorlarına yerindəcə ciddi şəkildə tapşırıqlar verilərək, qısa müddətdə həmin nöqsanların aradan qaldırılması tapşırılıb.