25.12.2019

Stolüstü tennis idman növü üzrə rayon birinciliyi keçirilib

21 dekabr tarixində Şamaxı Avropa liseyinin idman zalında məktəblilərin rayon  spartakiadasının proqramına daxil olan stolüstü tennis idman növü üzrə rayon birinciliyi keçirilib.

Gərgin idman mübarizəsi şəraitində keçrilən yarışda I yerə Şamaxı Avropa liseyi, II yerə Məlhəm kənd tam orta məktəbi, III yerə isə şəhər 3 saylı tam orta məktəbin komandaları layiq görülüblər.

Sonda qaliblər Şamaxı RTŞ-si və Rayon Gənclər və İdman İdarəsinin fəxri fərman və diplomları ilə təltif olunublar. 


Açar sözlər: ,  ,  ,  ,