14 dekabr tarixində Təhsil Nazirliyi və Şamaxı Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə IX sinif şagirdlərinin buraxılış imtahanlarının II mərhələsinə hazırlıq məqsədilə növbəti mərkəzləşmiş sınaq imtahanı keçirilib.
İmtahanda bütün rayon ümumtəhsil məktəblərindən 1052 şagird iştirak edib. Onlar Azərbaycan-dili, riyaziyyat və xarici dil fənlərinin hər birindən 30 olmaqla, ümumilikdə 90 sualı 180 dəqiqə ərzində cavablandırıblar.
Qeyd edək ki, bu tipli imtahanların keçirilməsi buraxılış imtahanlarında şagirdlərin daha sərbəst olmaları və yüksək nəticə göstərmələrinə şərait yaradır.
İmtahan nəticələrinin yaxın günlərdə elan ediləcəyi gözlənilir.