12.12.2019

Xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə anım tədbiri keçirilib

Dekabrın 12-də Şamaxı rayon Qızmeydan kənd tam orta məktəbində dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə anım tədbiri keçirilib. Anım tədbirində Çexiya Respublikasının ölkəmizdəki səfirinin müavini Daniel Putik, Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Namiq Nağıyev, RTŞ-nin əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

 Çıxış edənlər Ulu öndərin həyat və yaradıcılığından bəhs edərək, onun Azərbaycan xalqı üçün gördüyü misilsiz işlərdən danışıblar. Sonda tədbir bədii hissə ilə davam etdirilib. Şagirdlər ulu öndərə həsr edilən şer və kompozisiyalar nümayiş etdiriblər.

Tədbirdən sonra Çexiya Respublikasının ölkəmizdəki səfirinin müavini Daniel Putik Çexiya Respublikasının Azərbaycandakı səfirliyinin Təhsil Nazirliyinin təşkilatçılığı ilə “İnkişafa yardım” layihəsi çərçivəsində məktəbə hədiyyə edilən “Merkur konstruktor dəstləri”-ni şagirdlərə təqdim edərək, layihə haqqında geniş məlumat verib.


Açar sözlər: ,  ,  ,