10 dekabr tarixində şəhər 1 saylı tam orta məktəbdə "Yol hərəkətini öyrənək və əməl edək" mövzusunda tədbir keçirilib.
Təhsil Şöbəsinin metodkabinet müdiri Ağakərim Ömərov, Şamaxı Rayon Polis Şöbəsinin yol polisi bölməsinin inspektoru, polis kapitanı Orxan Yolçuyev, şagirdlər və müəllimlərin iştirak etdiyi tədbirdə şagirdlərə yol hərəkəti qaydaları izah olunub, yol nişanları haqqında məlumatlar verilib, həmçinin bir çox maarifləndirici tövsiyyələr məktəblilərə çatdırılıb.
Sonda şagirdlər tərəfindən yol hərəkətinə aid müxtəlif səhnəciklər göstərilib.