Dekabrın 9-da Çexiya Respublikasının Azərbaycandakı səfirliyi Təhsil Nazirliyinin təşkilatçılığı ilə “İnkişafa yardım” layihəsi çərçivəsində Şamaxı rayonunda yerləşən Qaravəlli, Meysəri, Muğanlı, Qızmeydan, Əngəxaran kənd tam orta məktəblərinə “Merkur konstruktor dəstləri” hədiyyə edilib.
Təqdimetmə mərasimində Çexiya Respublikasının ölkəmizdəki səfiri Milan Ekert, Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Tural Əhmədov, Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Namiq Nağıyev və Respublika Uşaq və Gənclərin İnkişafı Mərkəzinin direktoru Firuzə Sultan-zadə iştirak ediblər.
Qeyd edək ki, ölkəmizdə ilk dəfə olaraq Şamaxı məktəblərində istifadə olunacaq "Merkur" konstruktor dəstlərindən fizika fənninin tədrisi zamanı, habelə məktəblilərin asudə vaxtının səmərəli təşkil edilməsi məqsədilə istifadə olunacaq.