06.12.2019

“Bakutel 2019”  25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində Şamaxı  məktəbliləri də xüsusi stendlə təmsil olunurlar

3-6 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən “Bakutel 2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində rayonumuzun məktəbliləri də xüsusi stendlə təmsil olunurlar.

Şamaxı şəhər 1 saylı tam orta məktəbin 9-cu sinif şagirdləri Məmmədov Tural Alxas oğlu və Ələskərov Rəvan Natiq oğlu öz yaratdıqları və "İ2B" layihəsinin qalibi seçilmiş "İGOR" təhsil proqramını təqdim edirlər. Bununla əlaqəli 5 dekabr tarixində şəhər 1 saylı tam orta məktəbin bir qrup müəllim və şagird kollektivi sərgidə iştirak ediblər.
 


Açar sözlər: ,  ,  ,  ,